Polşada şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan Azərbaycan təmsilçiləri Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.
Qeyd edək ki, gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü yeri tutan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.