Azərbaycanın deflimpiyaçı karateçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək şotokan üzrə dünya çempionatında mübarizə aparacaqlar.
Aprelin 24–26-da baş tutacaq yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.
Heyətdə Hikmət Ağayev, Sahib Sahibli, Səma Tağıyeva, Aytən Qədirova, Maral Orucova, Əliəkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə və Elmin Hüseynli yer alıblar.