Bu ilin 4 ayında ölkəmizin strateji valyuta ehtiyatları 3,4 faiz və yaxud 2,9 milyard manat artaraq 87,9 milyard dollar olub.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri qeyd edib ki, bu dövrdə AMB-nin valyuta ehtiyatları 12,7 milyard dollar olub.