Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “Heydər Əliyev - Azərbaycan sevgisi” adlı tədbir təşkil edilib.

 

Heydər Əliyev bütün ömrünü xalqına xidmətə həsr edib, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və milli dəyərlərin qorunması istiqamətində böyük nailiyyətlər əldə edib. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Ulu Öndər mədəniyyətimizin, dilimizin və milli kimliyimizin qorunmasına hər zaman xüsusi önəm verib, gələcək nəsillərə zəngin mənəvi irs bəxş edib. Bu gün biz onun ideyalarını yaşadır, müasir və güclü Azərbaycanın qurulması yolunda əzmlə irəliləyirik.

Məhz Heydər Əliyevin dəvəti ilə dünyaşöhrətli violoçelist, dirijjor, həmvətinimiz Mstislav Rostropoviç uzun illərdən sonra yenidən doğma Vətəni Azərbaycana qayıdıb. Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə Bakıda L.və M.Rostropoviçlərin adını daşıyan ev- muzeyi yaradılıb.

Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında görkəmli bəstəkarların F.Bədəlbəyli “Prelüd”, A.Rzayev “Düşüncə”, F.Veraçini “Larqo”, C.Allahverdiyev “Dəniz və səma”, T.Albinoni “ Adajio” əsərləri səsləndirilib.

Tədbirdə Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəngkarlıq, təsviri sənət və dizayn dərnəklərinin üzvlərinin mövzuya həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Sonda tədbirdə fəal iştirak edən gənclərə muzeyin rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim olunub.