Dövlət Miqrasiya Xidməti (DMX) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar ölkəyə səfər edən şəxslərə müraciət ünvanlayıb.
Müraciətdə WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 30 gün müddətinə Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azad olduqları qeyd edilib.