Litvanın paytaxtı Vilnüs şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir. Sessiyada NATO-ya üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

 

Sessiya çərçivəsində kollektiv müdafiə və trans-Atlantik təhlükəsizlik, enerji təhlükəsizliyi, kritik sualtı infrastrukturun mühafizəsi, NATO-nun müdafiə innovasiyalarının sürətləndirilməsi, artan müdafiə xərclərinin iqtisadi nəticələri və maliyyə öhdəliklərinin bölüşdürülməsi, müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorçuluqla mübarizə, hibrid təhdidlərə qarşı davamlılıq, NATO-nun gələcək qüvvələrinin formalaşdırılması və maliyyələşdirilməsi, dəniz dibi və kosmik fəzada müdafiə, kritik xammal materiallarının müdafiəyə təsiri, NATO-nun regional strateji maraqları, müdafiə texnologiyalarının inkişafı, Ukraynanın müharibə dövründə müdafiə təchizatı və digər mövzular ətrafında müzakirələr aparılır.

Tədbirdə Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi iştirak edir.