Türkiyə millisinin futbol üzrə dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.
İtaliyalı baş məşqçi Vinçenzo Montella yığmaya 26 futbolçu dəvət edib.
Qapıçılar: Altay Bayındır, Mərt Günok və Uğurcan Çakır;
Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik;
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Arda Gülər, İrfan Can Kahveci, Oğuz Aydın və Yunus Akgün;
Hücumçular: Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, Kənan Yıldız, Kərəm Aktürkoğlu.
“Ay-ulduzlular” D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaqlar.
Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda mübarizə aparacaq.