Azərbaycanda bu günə qədər 30 min nəqliyyat vasitəsi utilizasiya edilib.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin Dövlət avtomobil müfəttişi Aslan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2024-cü ildə 1 966, 2025-ci ildə 19 840, 2026-cı ilin bu gününədək isə 13 330 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilərək dövriyyədən çıxarılıb.