Moskvada İqor Butmanın Caz Klubunda “Cəngi” Azərbaycan folklor-caz ansamblının konserti keçirilib.

 

Ttədbirdə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, populyar filmlərdən musiqi əsərləri və orijinal caz aranjimanlarında xalq mahnıları səsləndirilib.

Azərbaycanın Xalq artisti, tar və ud alətlərində virtuoz ifaçı Mircavad Cəfərovun rəhbərliyi ilə ansamblın hazırladığı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Cəngi” ansamblı 1992-ci ildə görkəmli Azərbaycan caz musiqiçisi, bəstəkarı və dirijoru, Azərbaycanın Xalq artisti Rafiq Babayevin təşəbbüsü ilə təsis edilib. Kollektiv ənənəvi Azərbaycan musiqisi və caz improvizasiyasının özünəməxsus qarışığı ilə tanınır.

Ansambl 30 ildən artıqdır ki, dünyanın nüfuzlu beynəlxalq festivallarında və konsert məkanlarında Azərbaycanın musiqi mədəniyyətini təmsil edərək fəal konsert fəaliyyəti ilə məşğuldur.