İyulun 14-dən Naxçıvanda 2026–2027-ci tədris ili üçün mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində və 11 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzlərində təşkil olunan test imtahanında, ümumilikdə, 1122 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, iyulun 18-dək davam edəcək müsabiqəyə Naxçıvan Muxtar Respublikasının 180 təhsil müəssisəsi üzrə 551 vakant yer çıxarılıb.