Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, Ağsu, Yevlax, Şirvan və Gəncə regional miqrasiya idarələri tərəfindən xidməti əraziyə daxil olan Göyçay, İsmayıllı, Kürdəmir, Yevlax, Ağdaş, Ağcabədi, Şirvan, Ağstafada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər qəbul edilib.