Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 52-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Lefkoşaya gələn Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətini qəbul edib.
YAP nümayəndə heyətinə Milli Məclisin üzvü Anar Məmmədov rəhbərlik edib.
Görüşdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu da iştirak edib.
Bir gün əvvəl Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Milli Məclis nümayəndə heyəti də ŞKTC parlamentində olub.