"İmişli" məşqçilər korpusunu yeni təyinatla gücləndirib.
Klubdan verilən məlumata görə, latviyalı mütəxəssis Ervins Perkons komandaya köməkçi məşqçisi təyin olunub.
UEFA Pro lisenziyasına malik olan 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın "Jelqava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına çıxararaq, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.
Ervins Perkons peşəkar fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə keçir.