FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
O, Konfrans Liqasının II təsnifat mərhələsində Albaniyada "Dinamo Siti" və Sloveniyanın “Alyuminiy” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Kamal Umudluya yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.