Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.

 

Federasiyadan bildirilib ki, komanda bu məqsədlə Afinaya yola düşüb.

İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində Faiq Qarayevin baş məşqçisi olduğu yığmanın yoxlama oyunları keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.