UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və "Sabah" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

 

Kupio Mərkəzi Stadionunda təşkil olunan qarşılaşma Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Coy Lens Mikels vurublar.

İlk görüşdə Bakı klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Adını III raunda yazdıran "Sabah" ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.