Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 3-də Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

 

Dövlət Komitəsindən bildirilib ki, görüş Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində saat 11:00-da keçiriləcək.

Qeyd edilib ki, görüşə gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.azdk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunur.