"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

 

"Bayquşlar" bu raundda "Orhus" (Danimarka) komandası ilə üz-üzə gələcək.

Danimarka təmsilçisi II təsnifat mərhələsində Polşanın "Lex" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 4:1 hesablı qələbə qazanan "Lex" cavab görüşündə eyni hesabla məğlub olduğu üçün ümumi hesab bərabərləşib.

Qalib penaltilar seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Orhus" (4:3) növbəti mərhələyə yüksələrək "Sabah"a rəqib olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. "Sabah" ilk matçını səfərdə keçirəcək.