İtaliyanın ardınca Finlandiya da Mərakeşdən qeyri-qanuni miqrant axını ilə əlaqədar İspaniyanın Şengen zonasından çıxarılması təklifi ilə çıxış edib.
Bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen "X" sosial şəbəkəsində yazıb.
"İspaniya Şengen zonasının xarici sərhədinin qanunsuz daxilolmalardan qorunmasının təmin edilməsində tamamilə iflasa uğrayıb. Bu, belə davam edə bilməz. Bütün Avropa ölkələri Meloninin (İtaliyanın Baş naziri Corcia Meloni - red.) təklifini dəstəkləməlidir. Xarici sərhədin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının üzvü ola bilməz", - o qeyd edib.