Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 8-nə təyin olunmuş iclasında baxılacaq.