İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub.

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.