Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.
"Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk", - bəyanatda qeyd edilib.
Diplomatik nümayəndəlikdə davamlı dialoq və əməkdaşlığın gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacib olduğu vurğulanıb.
"Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.