Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub.
Bu, ötən ilin eyni dövrünə nisbətən 29,5 % çoxdur.
Birgünlük ziyarətçilərin 18 min 737 nəfəri və yaxud 85,5 %-i Azərbaycana tranzit məqsədilə səfər edib.
Hesabat dövründə 1 072 nəfər işgüzar (+ 74,3 %), 866 nəfər (+29 %) qohum və dostlarını ziyarət etmək, 1 056 nəfər (+ 16,2 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. Bundan başqa, 90 nəfər (+ 34,3 %) alış-veriş, 77 nəfər ( 2,1 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.
Ölkələr üzrə ən çox birgünlük ziyarətçi qeyri-qonşu ölkələrin payına düşüb – 9 508 nəfər (+16,9 %). Sonrakı yerlərdə 7 026 nəfərlə Rusiya (+ 34,3 %), 4 228 nəfərlə Türkiyə (+ 60,2 %), 954 nəfərlə Gürcüstan (+ 33,4 %) və 182 nəfərlə İran (- 30 %) qərarlaşıb.
Rusiya vətəndaşlarından 5 816 nəfər (+ 35 %), Türkiyə vətəndaşlarından isə 3 050 nəfər (+56,6 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib.
Birgünlük ziyarətçilər yanvar-iyun aylarında ölkədə ümumilikdə 9 milyon 193,4 min manat xərcləyiblər. Bu, illik müqayisədə 25,2 % çoxdur. Xərclərin 7 milyon 364,3 min manatı və yaxud 80,1 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 24,5 % çoxdur.
Hesabat dövründə turistlər malların və hədiyyələrin alınmasına 1 milyon 86,5 min manat (+30,9 %), qidalanmaya 710,6 min manat (+ 24,1 %), mədəniyyət xidmətlərinə 4,8 min manat (+29,7 %), idman və əyləncə xidmətlərinə 2,7 min manat (+50 %), digər məqsədlərə isə 24,5 min manat (+ 33,1 %) xərcləyiblər.
Ölkələr üzrə ən böyük xərc qeyri-qonşu ölkələrdən gələn ziyarətçilərə məxsus olub – 5 milyon 029,6 min manat (+15 %). Rusiya vətəndaşları 2 milyon 671,9 min manat (+36,9 %), Türkiyə vətəndaşları 1 milyon 080 min manat (+62,6 %), Gürcüstan vətəndaşları 337,6 min manat (+36 %), İran vətəndaşları isə 73,8 min manat (- 30 %) xərcləyiblər.
Beləliklə, birgünlük ziyarətçilərin böyük hissəsi Azərbaycandan tranzit məqsədilə istifadə edir və onların xərclərinin əsas hissəsi nəqliyyata yönəlir.
Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 % artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 % artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.