"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi "Orhus"la cavab matçına çıxacaq.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.
Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.
Komandalar arasında Danimarkada baş tutan ilk oyunda "Orhus" 2:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, Bakı klubu "Orhus"u mübarizədən kənarlaşdıracağı təqdirdə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan çempionu Danimarka təmsilçisinə məğlub olacağı təqdirdə isə UEFA Avropa Liqasının pley-off mərhələsində "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.