Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 6,3 % çox olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata görə, büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4 %, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 242,9 milyon manat və ya 9,9 % artımla olub.