Bu ilin yanvar–iyul aylarında Azərbaycan əhalisinə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə 6,12 milyard manatdan çox vəsait ödənilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 568,8 milyon manat və yaxyd 10,3 % çoxdur.