Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlayışının baş verməsi qabardılıb.
"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.
Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda 436 nəfər mina partlayışlarının qurbanı olub.
"Bu faciəvi hadisələr münaqişənin ölümcül mirasının insanların həyatını təhdid etdiyini, ərazilərin bərpası və yenidənqurma prosesinə mane olduğunu, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına əngəl yaratdığını bir daha göstərir".
Qeyd edək ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib.