Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov etimadnaməsinin surətini Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevə təqdim edib.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib ki, görüş zamanı tərəflər siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qarşıdan gələn ikitərəfli tədbirlərin qrafikinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
Əlimirzamin Əsgərov səmimi qəbula görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da inkişaf etdirilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu bəyan edib.