Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 637,4 kq qızıl, 2 154 kq gümüş istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qızıl istehsalı 2025-ci ilin 7 ayı ilə müqayisədə 12,1 %, gümüş istehsalı isə 15 % azalıb.

Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 10 667,7 ton olub ki, bu da bir il öncəki göstəricidən 6,3 dəfə çoxdur.

Bu ilin avqustun 1-nə olan məlumata görə, ölkədə 162,5 kq qızıl, 600,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 908,4 ton təşkil edib.