Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə DSMF-dən bildirilib.
Qeyd olunub ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.