Tunis sahilləri yaxınlığında miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 13 vətəndaş itkin düşüb.

Bu barədə "Reuters" agentliyinə ölkədə miqrantların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat rəhbəri bildirib.

Onun sözlərinə görə, iki nəfəri xilas etmək mümkün olub. Qayığın İtaliya istiqamətində hərəkət etdiyi güman olunur.

Gəminin batma səbəbi açıqlanmayıb.