Aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına yeni baş məşqçilər təyin olunub.

 

AFFA-dan verilən məlumata görə, 15 yaşadək futbolçulardan ibarət yığma Aleksandr Qrossa tapşırılıb.

U-16-ya Famil Xəlilov, U-17-yə Emin Mustafayev başçılıq edəcək.

Mahmud Qurbanov U-18 millisinin sükanı arxasında olacaq. U-19 yığmasını isə Elgiz Kərəmli çalışdıracaq.