Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avqustun 17-dən 21-dək Bakı şəhəri və regionlarda sahibkarlara göstərilən xidmətlərin sayı açıqlanıb.

 

AYNA-dan bildirilib ki, qeyd olunan tarixlərdə Bakı şəhərində, Bakı “KOB evi”ndə ümumilikdə 500 sahibkara 3945 xidmət göstərilib.

Beynəlxalq yükdaşıma ilə bağlı 468 daşıyıcıya 2882 xidmət, o cümlədən “İcazə” blankı və taxoqraf kartının verilməsi üzrə xidmətlər göstərilib. Həmçinin taksi və avtobus fəaliyyəti üzrə 32 daşıyıcıya 1063 xidmət göstərilib.

Regionlarda isə ümumilikdə 111 sahibkara (daşıyıcıya) 744 xidmət göstərilib.