Azərbaycanın növbəti COP-a ev sahibliyi etməyə hazırlaşan qardaş Türkiyəyə sarsılmaz dəstəyini bir daha ifadə etmək istəyirəm.
Bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.
“COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir. Bu əməkdaşlıq iqlim gündəliyində davamlılığın təmin edilməsinə, iddialı iqlim maliyyələşdirilməsi mexanizmlərinin inkişafına və qlobal iqlim fəaliyyətinin ardıcıl şəkildə davam etdirilməsinə xidmət edir”, - deyə o əlavə edib.