Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün UNESCO-nun Baş direktorunun müavini xanım Asa Reqnerlə görüşmək və UNESCO-nun missiyasının daha da irəlilədilməsi, eləcə də gələcək illərdə Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanını çox yüksək qiymətləndirdim", - o yazıb.