ABŞ Rusiyanı gələn həftə Texas ştatının Hyuston şəhərində keçiriləcək G20 enerji nazirlərinin görüşündə iştirak etməyə dəvət edib.
Bunu Ağ Evin sözçüsü “Reuters” agentliyinə açıqlamasında təsdiqləyib.
Məlumata görə, G20 enerji nazirlərinin görüşü sentyabrın 14-16-da Hyustonda keçiriləcək. Rusiya nümayəndəsinin də tədbirdə iştirak edəcəyi bildirilir.