Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində növbəti yarımfinal matçı baş tutub.

 

Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gəlib.

Görüş Azərbaycan klubunun 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, günün ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz" Rusiyanın "Moscow polo club" komandasını 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi sabah finalda "Sankt Mortiz"lə qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.