Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır, ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və burada daha böyük işlər görüləcək.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 12-də Kəlbəcərdə keçirilən II Bal Festivalında çıxışı zamanı deyib.
Hikmət Hacıyev, həmçinin Kəlbəcər sakinlərinə dünyanın müxtəlif ölkələrindən gələn diplomatları kəlbəcərlilərə layiq qonaqpərvərliklə və istiqanlılıqla qarşıladıqlarına görə dərin təşəkkürünü bildirib.