Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə formalaşmış bir münasibət mövcuddur.

 

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bugünkü səfərin mühüm bir tarixi əhəmiyyəti də var. Bu gün Bakı şəhərinin azad edilməsinin 108-ci ildönümüdür”, - deyə Hakan Fidan qeyd edib.