Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalayıb.
Sənədi Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə Respublikası İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun (KGK) vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Respublikası Auditorlar Palatasının Şurasının sədri Sapar Koşkimbayev, Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıblar.
Sənəd sentyabrın 16-da Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.