Sentyabrın 15-də Bakı metrosundan 605 min 81 sərnişin istifadə edib.

 

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu göstərici avqust ayında qeydə alınmış ən yüksək sərnişindaşıma göstəricisi ilə müqayisədə 9,3 faiz çoxdur. Belə ki, ötən ayın pik günü metropolitendən 548 min 751 sərnişin istifadə edib.

Qeyd olunub ki, yeni tədris ilinin ilk günündə metrodan istifadənin artması şəhər sakinlərinin ictimai nəqliyyatda bu nəqliyyat növünə üstünlük verdiyini bir daha nümayiş etdirib.