Azərbaycan yığmaları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini sabah keçirəcəklər.
Kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək, qadınlar isə Ermənistanla qarşılaşacaqlar.
Kişi komandası 6 turdan sonra 10 xalla 12-ci, qadın kollektivi isə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1 032 şahmatçı iştirak edir.