Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının 5-ci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

 

Azərbaycan Boks Federasiyasından bildirilib ki, Nəbi İsgəndərov (70 kiloqram) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/8 finalda Muksim Abdulla ilə (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesablı qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.

Hər 2 görüş sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.