Bakıda Formula 1 Azərbaycan Qran-Prisi öncəsi ənənəvi pit-leyn gəzintisi təşkil olunub.
Yarışın 10-cu dəfə keçirildiyi Bakı Şəhər Halqasında baş tutan gəzintidə 3 günlük bilet sahibləri iştirak edirlər.
Saat 16:00-da başlayan və təxminən 2 saat davam edəcək tədbir zamanı minlərlə azarkeş Formula 1 komandalarının qarajlarını yaxından görmək, bolidlərin hazırlıq prosesini izləmək və yarış ab-havasını yerində hiss etmək imkanı qazanacaq.
Müxtəlif ölkələrdən gələn fanatlar, həmçinin sevimli pilotları ilə şəkil çəkdirərək xatirə fotoları əldə edəcəklər.
Pit-leyn gəzintisi azarkeşlərə yarış həftəsonu başlamazdan əvvəl Formula 1 dünyasının atmosferini yaxından hiss etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.