Formula 2 Azərbaycan Qran-Prisində birinci sıralama turunun qalibi bəlli olub.
“Rodin” komandasından Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “Campos”un sürücüsü Noel Leon üçüncü yeri tutub.
Sərbəst yürüşdə isə ən yaxşı nəticəni “Art Grand Prix” komandasının hindistanlı pilotu Kuş Maini göstərib.
Bu gün, həmçinin saat 16:00-da Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.