Özbəkistanda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası günlərində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və Türkiyə Şahmat Federasiyasının yeni seçilən prezidenti Enes Efendioğlu arasında görüş keçirilib.

 

AŞF-dən bildirilib ki, görüşdə iki qardaş ölkə arasında şahmat sahəsində əməkdaşlığın yeni mərhələsi, birgə turnirlərin təşkili, gənc şahmatçıların hazırlığı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşün sonunda Mahir Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Enes Efendioğluya xatirə hədiyyəsi təqdim edib.