İqtisadiyyat naziri Mikayıl Cabbarov Dohada Qətərin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib.

 

Nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"AİİB ilə uzunmüddətli tərəfdaşlığımız Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlığımızın əsas istiqamətlərinə iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat, enerji və rəqəmsal infrastruktura investisiyaların təşviqi daxildir. Əminik ki, İllik Toplantı çərçivəsində keçirilən müzakirələr və fikir mübadilələri dayanıqlı inkişafın təşviqinə, investisiya əməkdaşlığının genişləndirilməsinə və regional bağlantıların daha da gücləndirilməsinə öz töhfəsini verəcək", - deyə o qeyd edib.