Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət ediblər.
Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, burada “ADEX 2026” sərgisi ilə yanaşı, “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir.
Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya texnikası və pilotsuz sistemlər, aerokosmik, kibertəhlükəsizlik və mühafizə sistemləri, eləcə də digər xüsusi hərbi texnologiyalarla tanış olublar.