Azərbaycanda oktyabrın 7-si saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında 9 millimetr yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32 faizini təşkil edir.
Həmçinin Astarada 14, Yardımlı və Şirvanda 12, Lənkəran və Neftçalada 10, Lerikdə 9 millimetr yağıntı düşüb.
Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1-7 millimetr yağıntı qeydə alınıb.