Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adı verilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Elm və Təhsil Nazirliyinə və Ağdam Şəhər İcra Hakimiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, məktəbin adı qırğız xalqının məşhur “Manas” dastanından və Qırğızıstandakı Ayköl gölündən götürülüb. Əsası 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub.